Azərbaycan Dövlət İnformasiya Agentliyi

Britaniyalı ekspert: Azərbaycan didərginlərin qayıdışı istiqamətində doğru addımlar atır

05.12.2025 [16:20]

Xəbərin mətni

Ermənistandan didərgin salınmış azərbaycanlıların doğma yurdlarına geri dönüşünün uğurlu həyata keçirilməsi yalnız hazırlıq mərhələsi ilə məhdudlaşmır, prosesin davamlı şəkildə təşkil olunmasını tələb edir. Qayıdışın sosial, ailə və fərdi müstəvidə sabit davam etməsi bu prosesin əsas şərti kimi qiymətləndirilir. Məsələyə beynəlxalq səviyyədə göstərilən maraq və artan iştirak isə qayıdış hüququnun qlobal müstəvidə tanınmasının göstəricisi hesab olunur. Bunu AZƏRTAC-a açıqlamasında Böyük Britaniyanın “Economy First Lumuted London” təşkilatının eksperti Klaus Peter Ralf Juergens deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI