Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN çağırış etdi: Bunlara mütləq əməl edin

05.12.2025 [18:05]

Xəbərin mətni

Gündəmdə yenə yanğın təhlükəsizliyi məsələsidir. Təbii olaraq qış aylarında elektrik və qazla işləyən qızdırıcı cihazlarına tələbat artır. Lakin bu təlabat bəzən ciddi risk yaradır. Elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq - bütün bunlar özümüzün və yaxınlarımızın həyatı bahasına başa gələ bilir. FHN növbəti dəfə əhaliyə xəbərdarlıq edir.