Azərbaycan Dövlət İnformasiya Agentliyi

FIFA Sülh mükafatını hazırlayan azərbaycanlı rəssamlar

08.12.2025 [17:05]

Xəbərin mətni

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən 2026-cı il Dünya Kubokunun püşkatma mərasimi çərçivəsində FIFA Sülh mükafatına layiq görülüb. Trampa verilən tunc mükafat Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin “Düşüncələr və arzular” adlı məşhur əsərinin miniatür variantıdır. Səlhab Məmmədovla mükafatın hazırlanması haqqında həmsöhbət olduq.