Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş nazir: Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

09.12.2025 [13:37]

Xəbərin mətni

Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Qlobal Risk Hesabatı”nda sadalanan qlobal risklərə baxmayaraq, cari ilin 11 ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi qeyd olunmalıdır. Bu sözləri Baş nazir Əli Əsədov dekabrın 9-da Milli Məclisin plenar iclasında çıxışı zamanı söyləyib.