Akif Əfəndiyev: Sənaye təhlükəsizliyi sahəsində normativ-hüquqi baza yenilənib
10.12.2025 [18:54]
Xəbərin mətni
Sənaye təhlükəsizliyi anlayışına mövcud təhlükəsizliyin təmini, işçilərin həyatının qorunması, maşın mexanizmlərindən düzgün istifadə, istehsalın təhlükəsiz istismarının təşkil olunması daxildir. Bununla bağlı həm texniki, həm də hüquqi aspektlər nəzərə alınır. Bu barədə Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin hüquq şöbəsinin müdiri Akif Əfəndiyev bildirib.