Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq
15.12.2025 [10:26]
Xəbərin mətni
Ən sevimli günümüzdür. Bu gün doğma elimizə, obamıza qayıdırıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa, cansağlığı və uzun ömür arzulayırıq. Onların sayəsində bu günləri yaşayırıq və hər birinə dərin minnətdarlığımızı bildiririk. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Teymur Allahverdiyev deyib.