Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dünyanın ilk çay şəhəri”

15.12.2025 [19:51]

Xəbərin mətni

Çinin Hubey əyalətinin Yanloudon şəhəri ölkənin laoçin adlı tünd çayının vətəni hesab olunur. Tarixən çay yetişdirilməsi ilə məşhur olan Yanloudon həm də “Dünyanın ilk çay şəhəri” kimi tanınır. Bu gün də çay ənənələrini qoruyub saxlayan Yanloudon antik şəhərini gəzərkən az qala addımbaşı çayla bağlı elementlərə, ən çox da çay dükanlarına və çay evlərinə rast gəlinir. Antik şəhərin 5 əsas və dar küçəsi var. Ən böyük küçənin uzunluğu 2200 metr, eni isə 5 metrdir. Sonfen çayı boyunca uzanan daş döşəməli küçədə Min (1368-1644-cü illər) və Çin xanədanı (1644-1912-ci illər) dövrünün memarlıq elementləri ilə zəngin eyvanlı evlər, dükanlar, emalatxanalar, kafelər yerləşir.