Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəhman Hacıyev: “Revival of Karabakh” kitabı Qarabağın dirçəliş tarixini innovativ formatda təqdim edir

16.12.2025 [13:52]

Xəbərin mətni

Təqdim olunan nəşr məzmun və forma baxımından qeyri-adi və innovativ yanaşma ilə seçilir. Bu kitab klassik nəşr olmaqla yanaşı, eyni zamanda, rəqəmsal ekosistemin mərkəzində yerləşən bir layihədir. Kitabın səhifələrində yerləşdirilmiş QR-kodlar vasitəsilə oxucular arxiv materiallarına, bu nəşr üçün xüsusi yaradılmış veb-sayta, eləcə də süni intellekt əsaslı bələdçiyə çıxış əldə edirlər. Bu da təqdim olunan məlumatların daha geniş və dolğun versiyası ilə tanış olmağa imkan yaradır. Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance” kitabının Prezident Kitabxanasında keçirilən təqdimatı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI