Sədaqət Qəhrəmanova: Məişət zorakılığı ilə mübarizə üzrə qanunvericilik əhəmiyyətli dərəcədə təkmilləşdirilib
16.12.2025 [14:43]
Xəbərin mətni
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu 2010-cu ildə qəbul edilib və ötən dövrdə bu sahədə mühüm qanunvericilik dəyişiklikləri həyata keçirilib. Ümumilikdə 7 istiqamət üzrə 6 qanuna və 5 fərmana dəyişikliklər edilib. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupunun fəaliyyətinə həsr olunmuş brifinqdə söyləyib.