KOBİA sədri: Ötən il KOB-ların dövriyyəsi 48 milyard manatı ötüb
18.12.2025 [13:44]
Xəbərin mətni
Bu gün bu zalda sahibkarlarla yanaşı, bir çox dövlət qurumlarının nümayəndələri də iştirak edirlər. Fürsətdən istifadə edərək, KOBİA ilə sıx əməkdaşlığa və sahibkarlığın inkişafına verdikləri dəstəyə görə onlara təşəkkürümü bildirirəm. Birgə fəaliyyətimizin real nəticəsi isə statistik göstəricilərdə aydın görünür. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov “Güc biznesdədir” devizi ilə keçirilən “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.