8 il ərzində Azərbaycanda əmək müqavilələrinin sayı 45 faiz artıb
18.12.2025 [13:47]
Xəbərin mətni
2018–2025-ci illər ərzində əmək müqavilələrinin sayı 45 faiz (və ya 595 min) artıb, bu artımın 92 faizi özəl sektorun payına düşüb. Həmin dövrdə ölkə üzrə əməkhaqqı fondu 3,2 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,6 dəfə artıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Güc biznesdədir” devizi ilə keçirilən “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.