Bakı Limanının direktoru: Gələcəkdə daha böyük həcmdə yük aşırımı həyata keçirəcəyik
18.12.2025 [14:14]
Xəbərin mətni
Bakı Beynəlxalq Dəniz Limanına gələn yüklərin əsas istiqaməti şərqdən qərbədir. Bu il 100000-ci konteynerin qəbul edilib aşırılması limanın yüksələn xətlə inkişafından xəbər verir və gələcəkdə daha çox yük aşırımı həyata keçiriləcək. Bu sözləri Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov jurnalistlərə açıqlaması zamanı deyib.