ASK: Qarabağda yaradılan unikal biznes imkanları iş adamları üçün yeni perspektivlər açır
18.12.2025 [14:57]
Xəbərin mətni
Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub və bu mərhələdə qeyri-neft sektorunun genişləndirilməsi istiqamətində həyata keçirilən islahatlar, investisiya təşviqi mexanizmləri, eləcə də Qarabağda yaradılan unikal biznes imkanları iş adamları üçün yeni perspektivlər açır, sahibkarlıq təşəbbüslərini daha da gücləndirir. Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev “Güc biznesdədir” devizi ilə keçirilən “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.