Nazir: Ali təhsil müəssisələri rəqabətə hazır olmalıdırlar
18.12.2025 [17:00]
Xəbərin mətni
Bu gün memarlıq və inşaat sahəsində təhsilin də 105 illiyi qeyd edilir. Ali təhsil müəssisələri dünyada rəqabət aparırlar. Azərbaycanın təhsil sistemi qapalı deyil. Digər vacib məqam əməkdaşlıqdır. Xüsusilə elm və təhsildə əməkdaşlıq olmalıdır. Bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbirində söyləyib.