Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daha 176 nəfər keçmiş məcburi köçkün Xocalı və Ağdərənin kəndlərinə qayıdıb

22.12.2025 [15:57]

Xəbərin mətni

Dekabrın 22-də respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalı rayonunun Badara, Daşbulaq, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinə çatıb.