Son günlər ölkə ərazisində artan virus infeksiyalarından necə qorunaq?
22.12.2025 [16:09]
Xəbərin mətni
Hərarəti yüksələn uşaqlar, dolub-daşan xəstəxanalar... Havaların soyuması ilə birlikdə viruslar yenidən gündəmə gəlib. Son günlər ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında ciddi artım müşahidə olunur. Həkimlər xəbərdarlıq edir ki, bu viruslar xüsusilə uşaqlar və risk qrupuna daxil olan şəxslər üçün ağır fəsadlara yol aça bilər.