Azərbaycan Dövlət İnformasiya Agentliyi

Natiq Məmmədli: “Media Savadlılığı” Həftəsi çərçivəsində 5 mindən çox gənc maarifləndirmə tədbirlərində iştirak edib

22.12.2025 [17:03]

Xəbərin mətni

“Media Savadlılığı” Həftəsinin keçirilməsi artıq ənənə halını alıb və dördüncü ildir ki, cəmiyyətin media savadlılığının artırılması məqsədilə Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunur. Cəmiyyətin media savadlılığının artırılması bizim üçün əsas prioritetlərdən biridir. Çünki media savadlılığı yüksək olan cəmiyyət, bir qayda olaraq, heç zaman dezinformasiyanın və yalançı təbliğatın təsiri altına düşmür. Eyni zamanda keyfiyyətli media məzmununu dəyərləndirə bilir. Bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə açıqlamasında deyib.