Baş prokuror: Əvvəlki illərlə müqayisədə Binəqədidə cinayətkarlığın dinamikası aşağıdır
23.12.2025 [11:40]
Bu il 5-ci prokurorluq binasının açılışında iştirak edirik. Bu gün Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binası açıldı. Binəqədi Bakının ən böyük rayonlarından biridir. Hər il cinayətkarlığın dinamikasını təhlil edirik. Binəqədi Bakı üzrə ən çox cinayət xarakterli hadisələrin qeydə alındığı rayonlardan biridir. Bunun obyektiv və subyektiv səbəbləri var. Bunun ərazinin böyüklüyü, əhalinin say tərkibi və digər böyük əsasları var. Odur ki, Binəqədi rayonunda prokurorluq əməkdaşlarının iş yükü kifayət qədər yüksəkdir. Bu baxımdan belə bir şəraitin qurulması vacibdir. Bunu Baş prokuror Kamran Əliyev Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binasının açılışında çıxışı zamanı deyib.