Son 10 ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 3 dəfədən çox artıb
23.12.2025 [14:06]
Xəbərin mətni
Hədəfimiz qarşılıqlı ticarətin ümumi dövriyyələrimizdə birinci yerə yüksəlməsi olmalıdır. Çünki Azərbaycan bizim həm Müstəqil Dövlətlər Birliyi ölkələrinə, xüsusilə Türk dünyasına çıxışımızda çox önəmli qovşaq nöqtəsində yerləşir. Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda məlumat verib.