Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tural Məmmədov: Kiberhücumlar daha çox insanları, vəzifəli şəxsləri hədəf alır

23.12.2025 [16:10]

Xəbərin mətni

Son zamanlar ölkəmizin siyasi müstəvidə əldə etdiyi uğurlar digər dövlətlər tərəfindən xüsusi qısqanclıq və maneələr törətmək istəyi ilə qarşılanır. Bu da kiberhücumlarda son zamanlar özünü daha qabarıq göstərməyə başlayıb. Belə kiber hücumların artıq bir neçəsinin izinə düşülüb və bunlar barədə xüsusi hesabatlar hazırlanıb. Görünən odur ki, belə kiberhücumlar artıq informasiya sistemlərini deyil, daha çox insanları, məlumat daşıyıcısı olan vəzifəli şəxsləri hədəf alır. Bu sözləri müsahibəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov deyib.