Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin ailə və sosial xidmətlər naziri: Dezinformasiyanın sürətlə yayılması uşaqlar üçün əlavə təhlükə mənbəyidir

23.12.2025 [16:36]

Xəbərin mətni

Məqsədimiz rəqəmsal dünya böyüyərkən uşaqların təhlükəsizliyini sürətlə təmin etmək və bunu ortaq standartlar əsasında səmərəli əməkdaşlıq mexanizmlərinə çevirməkdir. Bugünkü dövrdə internet və sosial medianın yanında süni intellekt və sistemlər də uşaqların həyatına birbaşa təsir göstərir. Bu sözləri Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.