Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Son 4 ildə Azərbaycanda internetin sürəti təxminən 7 dəfə artıb

23.12.2025 [16:38]

Xəbərin mətni

Dünya üzrə təxminən 3 milyard insan və ya 17 yaşdan aşağı uşaqlar internetə evdən çıxış imkanına malikdir. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Son 2 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş layihələr nəticəsində bu gün Azərbaycanın bütün kənd və şəhərləri internetlə təmin olunub. Bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.