Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Məqsədimiz odur ki, doğma yurdumuzda yenidən həyat quraq

24.12.2025 [10:43]

Xəbərin mətni

Doğrudan da sevincimizin həddi-hüdudu yoxdur. Çünki 32 il əvvəl doğma kəndimizdən çıxmağa məcbur olmuşduq. İndi isə doğma torpağıma qayıdıram. Mən həmin vaxt cəmi 33 yaşında idim. Bu gün isə 60-dan çox yaşım var. Amma elə hiss edirəm ki, sanki yenidən gəncliyimə qayıdıram. Bu fikirləri AZƏRTAC-a müsahibəsində bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi Taybəs Quliyeva bildirib.