Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıl sakini: Elə bilirəm ki, bu qayıdışla otuz il cavanlaşmışam

24.12.2025 [10:46]

Xəbərin mətni

Otuz yeddi yaşımda oradan çıxmışam, indi isə yetmiş yaşım var. Bu gün böyük sevinc hissi keçirirəm. Ən böyük arzum budur ki, Allah övladlarıma cansağlığı versin, onların da öz həyətlərində rahatlıqla gəzməsini görüm. Bu fikirləri AZƏRTAC-a müsahibəsində bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Solmaz Ağayeva bildirib.