Ombudsman: Multikulturalizm və tolerantlıq azərbaycanlıların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib
24.12.2025 [15:28]
Xəbərin mətni
Multikulturalizm və tolerantlıq azərbaycanlıların tarixən formalaşmış həyat tərzi olmaqla, bu gün milli kimliyindən, dilindən və dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva dekabrın 24-də Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda çıxışı zamanı deyib.