Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tahir Budaqov: Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlər ölkəmizə bundan sonra da yeni müvəffəqiyyətlər qazandıracaq

24.12.2025 [18:39]

Xəbərin mətni

Prezident İlham Əliyevin tərəqqi və Zəfərə hədəflənən məqsədyönlü siyasəti sayəsində iqtisadi gücü artan, modern ordu quruculuğuna nail olan, regionda lider dövlətə çevrilən və qlobal təsir imkanları genişlənən Azərbaycanın bütün cəbhələrdə - hərb meydanında, beynəlxalq informasiya platformasında və diplomatiya müstəvisində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin - ərazi bütövlüyü və mütləq suverenliyin bərpasına müvəffəq olması xalqımızın şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsidir. AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov “Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda keçirilən tədbirdə söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI