Məmmədbəyli kəndinə köçən sakin: Bu gün sevincimizin ən uca, ən unudulmaz günüdür
25.12.2025 [10:39]
Xəbərin mətni
Mən Zəngilan rayonunun Məmmədbəyli kəndindənəm. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Çünki bu gün torpaqlarımıza, öz vətənimizə qovuşuruq. Bu sözləri Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Raqif Gülüşov söyləyib.