AZAL-a məxsus təyyarə qəzasının ildönümündə həlak olanların xatirəsi anılıb
25.12.2025 [13:01]
Xəbərin mətni
25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 nömrəli sərnişin reysinin icrası zamanı baş vermiş faciənin ildönümü ilə əlaqədar dövlət qurumlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.