2025-ci il - ABŞ-Azərbaycan əlaqələrinin yüksəliş ili - TƏHLİL
25.12.2025 [16:13]
Xəbərin mətni
2025-ci ilin yanvarında bütün dünyanın gözü Amerika Birləşmiş Ştatlarına yönəlmişdi. Yeni seçilmiş Prezident Donald Trampın andiçmə mərasimindən sonra səsləndirdiyi bəyanatlar təkcə ABŞ üçün deyil, eyni zamanda, bütün dünya üçün yeni istiqamət formalaşdırdı. Donald Tramp ölkənin daxili siyasəti ilə yanaşı, beynəlxalq arenada da münaqişələrin həllinə dair mövqeyini gücləndirəcəyini, dünyada demək olar bütün münaqişələri həll edəcəyini bəyan etdi.