Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamda yeni müəssisə inşa olunur - ildə 4 min dəst mebel və 6 min metal mebel aksesuarı

25.12.2025 [16:56]

Xəbərin mətni

“Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsi Ağdam Sənaye Parkında 1 hektar ərazidə yaradılacaq. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. MMC-nin kommersiya direktoru Elşən Bayramlı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, istehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq.