Azərbaycan Dövlət İnformasiya Agentliyi

Diplomat: Çin-Azərbaycan strateji tərəfdaşlığının 2026-cı ildə geniş perspektivləri olacaq

25.12.2025 [17:02]

Xəbərin mətni

Çin ilə Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq 2026-cı ildə geniş perspektivlərə və nəhənq potensiala malik olacaq. Yeni ildə Çin dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaları düzgün həyata keçirmək, “Bir kəmər, bir yol” təşəbbüsünü birgə keyfiyyətlə qurmaq, inkişaf strategiyalarının uyğunlaşdırılmasını gücləndirmək, modernləşmə üçün imkanlar yaratmaq, hər iki ölkə xalqlarının rifahını yaxşılaşdırmaq və bəşəriyyət üçün ortaq taleyi olan bir cəmiyyətə doğru birgə irəliləmək üçün Azərbaycanla bundan sonra da əməkdaşlığı davam etdirməyə hazırdır. Bu barədə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey son bir ildə Çin-Azərbaycan münasibətlərinin inkişafının yekunlarına həsr olunmuş brifinq zamanı bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI