Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uğursuz nəticə göstərən kvalifikasiya sahibləri əsasən Rusiya və Ukrayna ali təhsil müəssisələrinin payına düşür

26.12.2025 [14:08]

Xəbərin mətni

“Hüquqşünaslıq” ixtisası ilə bağlı xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə tanınması imtahanında müvəffəqiyyət göstəricisi 49 faiz təşkil edir. AZƏRTAC xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən brifinqdə deyib.