Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arif Məlikovun əsəri İsveç musiqi məktəbinin repertuarına daxil olub

28.12.2025 [12:44]

Xəbərin mətni

Dünyaşöhrətli Azərbaycan bəstəkarı Arif Məlikovun “Komdenin arzuları” əsəri İsveçin Lidingö musiqi məktəbinin repertuarına daxil edilib. AZƏRTAC xəbər verir ki, bu məlumatı İsveçdə yaşayan pianoçu Aynur Məlikova agentliyin ölkədəki müxbirinə bildirib.