Azərbaycan Orta Dəhliz ticarət marşrutunun tutumunu genişləndirir
01.01.2026 [12:00]
Xəbərin mətni
Orta Dəhliz - digər adı ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin və Cənub-Şərqi Asiyanı Avropa ilə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən birləşdirən əsas quru–dəniz logistika xəttidir. Orta Dəhlizçox geniş coğrafiyanı birləşdirən strateji layihədir. Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli, təhlükəsiz və qısa marşrutdur. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə digər ölkələr də qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Avropaya qədər uzanır.