Azərbaycan Prezidenti: Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bəlkə də bütövlükdə ölkəyə tətbiq edilə bilər
06.01.2026 [01:53]
Xəbərin mətni
Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.