Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq hüququn böhranı özü ilə dağıntı gətirir

07.01.2026 [17:10]

Xəbərin mətni

“Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”. Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər müasir beynəlxalq münasibətlər sisteminin real mənzərəsini əks etdirir. Bu gün güc tətbiq etməmək, beynəlxalq mübahisələri dinc yolla həll etmək, dövlətlərin daxili işlərinə qarışmamaq və suveren bərabərlik kimi beynəlxalq hüququn əsas prinsipləri ciddi şəkildə pozulur. Bu isə beynəlxalq münasibətlər sisteminin əsas problemlərindən birinə çevrilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI