Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Hər gün bu qayıdışın həsrətini çəkmişik

09.01.2026 [12:58]

Xəbərin mətni

Bizim üçün böyük gündür. İllərlə doğma yurdumuzdan uzaqda yaşamışıq, hər gün bu qayıdışın həsrətini çəkmişik. İndi Ağdərəyə qayıdırıq və elə bil yenidən həyata başlayırıq. Bu sözləri Ağdərənin Heyvalı kəndinə köç edən keçmiş məcburi köçkün Nuridə Abbasova deyib.