Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağlıq və dağətəyi rayonlarda qar yağır - FAKTİKİ HAVA

14.01.2026 [11:23]

Xəbərin mətni

Yanvarın 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. Dağlıq və dağətəyi rayonlarda qar yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.