Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşağın doğulması ilə bağlı atalara 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir

22.01.2026 [13:33]

Xəbərin mətni

Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də uşağın doğulması ilə əlaqədar atalara ödənişli atalıq məzuniyyəti hüququnun təsbit edilməsidir. Bildiyiniz kimi, bu anlayış Əmək Məcəlləsində mövcud idi, sadəcə olaraq ödənişli deyildi. Yeni tənzimləməyə əsasən, uşağın doğulması ilə bağlı tibb müəssisəsinin arayışı təqdim edildiyi halda, atalara doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməklə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, əmək münasibətlərinin elektronlaşdırılması sahəsində ötən ildə görülmüş işlər və 2026-cı ilin hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında deyib.