Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Buz bağlamış yollarda avtomobildə qalanlara kömək göstərilib

22.01.2026 [17:01]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şuşa, Xankəndi şəhərləri və Xocavənd rayonu ərazilərində yolların buz bağlaması ilə əlaqədar olaraq vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.