Deputat: Təmiz Enerji Günü Azərbaycanın enerji siyasətində yeni mərhələnin elmi və hüquqi əsaslarını əks etdirən platformadır
23.01.2026 [10:44]
Xəbərin mətni
Enerji sahəsində dövlət siyasətinin konseptual çərçivəsi Energetika Haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Bu normativ akt enerji təhlükəsizliyinin təmin edilməsini, enerji resurslarından rasional istifadənin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu müəyyən edir. Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Beynəlxalq Təmiz Enerji Günü münasibətilə təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.