Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-nin rezident-əlaqələndiricisi: Azərbaycan bərpaolunan enerjiyə özəl investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirir

23.01.2026 [13:18]

Xəbərin mətni

Azərbaycan 2035-ci ilə qədər emissiyaların 40 faiz azaldılmasına sadiqdir. Bu, iqlim tədbirlərini sürətləndirmək üçün milli qətiyyətin güclü bir siqnalıdır. Bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən İqor Qarafuliç Beynəlxalq Təmiz Enerji Günü münasibətilə təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.