Lalə Xəlilzadə: Yaxın Şərqdə erməni diasporunun araşdırılması ikiqat məsuliyyət idi
23.01.2026 [17:16]
Xəbərin mətni
“Yaxın Şərqdə erməni diasporu” müəllifi olduğum ilk kitabdır və bu səbəbdən məsuliyyəti böyükdür. Digər tərəfdən, nəzərə alsaq ki, kitabın mövzusu Yaxın Şərqdəki erməni diasporudur, belə bir mürəkkəb və həssas coğrafiyada erməni amilinin araşdırılması məsuliyyəti ikiqat artırırdı. Bu fikirləri müsahibəsində “Yaxın Şərqdə erməni diasporu: tarixi, dini, siyasi, mədəni, media, təhsil və sosial fəaliyyətləri” kitabının müəllifi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Lalə Xəlilzadə söyləyib.