Vətəndaşların pensiya kapitalı nə qədər artacaq?
26.01.2026 [17:12]
Xəbərin mətni
"Əmək pensiyaları haqqında” Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək hər il artırılır. Sözügüdən qanunun 29.1-1 maddəsinə əsasən, vətəndaşların şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.