Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ookla”nın baş icraçı direktoru: Süni intellektin inkişafı etibarlı bağlantıdan asılı olacaq

27.01.2026 [15:23]

Xəbərin mətni

Bağlantının keyfiyyəti, sabitliyi və etibarlılığı təkcə bugünkü rəqəmsal xidmətlər üçün deyil, gələcəkdə süni intellektin və rəqəmsal iqtisadiyyatın inkişafı baxımından həlledici əhəmiyyət daşıyacaq. Bu fikirləri “Ookla” şirkətinin baş icraçı direktoru (CEO) Stiven Bay Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanı səsləndirib. Stiven Bay bildirib ki, “Ookla” dünyanın müxtəlif ölkələrində hotellər, tədbir məkanları, kurortlar və ümumilikdə 4G, 5G və “Wi-Fi” şəbəkələri üzrə bağlantı performansını izləyir və təhlil edir.