ATB: Güclü rəqəmsal infrastruktur balanslı turizm axınının formalaşmasına xidmət edir
27.01.2026 [15:34]
Xəbərin mətni
Bu gün Azərbaycanda turizm təkcə məkanlar və görməli yerlərlə məhdudlaşmır, ziyarətçi təcrübəsi rəqəmsal bağlantı, mədəniyyət, təbiət və qonaqpərvərlik amillərinin vəhdəti əsasında formalaşır. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun (ATB) icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanı deyib.