Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır
28.01.2026 [11:06]
Xəbərin mətni
907-ci düzəliş Azərbaycan və ABŞ arasında münasibətlərin erkən dövrünün qalığıdır və nəinki hər il uzadılmalı, birdəfəlik aradan qaldırılmalıdır. Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Saratoqa Fondunun prezidenti Qlen Hovard deyib. O bildirib ki, sənəd artıq köhnəlib və istifadə müddətini bitirib.