Azərbaycan Dövlət İnformasiya Agentliyi

AYNA: Təbriz küçəsində piyadalar və mikromobillik istifadəçiləri üçün yeni layihə icra olunacaq

28.01.2026 [12:13]

Xəbərin mətni

Səkilərə və piyada yollarına dair ümumi tələbləri əks etdirən dövlət standartı təsdiq edilib. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.