Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənub bölgəsində çayətrafı ərazilərdə subasma riskinə qarşı qabaqlayıcı tədbirlər görülür

30.01.2026 [15:38]

Xəbərin mətni

Son günlər ölkə ərazisində müşahidə olunan qarlı hava və ardınca temperaturun yüksəlməsi Cənub bölgəsinin çaylarında bol sululuq yaradıb. Xüsusilə dağlıq ərazilərdə qarın sürətlə əriməsi nəticəsində çaylara daxil olan suyun həcmi artıb. Bu baxımdan Cəlilabad rayonundan keçən Mişarçayda da suyun səviyyəsinin artımı müşahidə olunur