Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir
31.01.2026 [12:49]
Xəbərin mətni
Ürək transplantasiyası təsadüfi hadisə deyil, illər ərzində mərhələli və məqsədyönlü şəkildə həyata keçirilən sistemli islahatların nəticəsidir. AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı deyib.